Pablo Qavi: “Yuxu kimi idi”
15.05.2023 , 16:36

Mövsümü çempion olaraq başa vuran “Barselona”nın ulduz futbolçusu Pablo Qavi gələcəyi ilə bağlı Barça TV-yə açıqlamalar verib.
Korner.az xəbər verir ki, 18 yaşlı futbolçu komandanın çempion olmağı ilə bağlı bunları deyib:
“Xəyallarımın klubunda ilk çempionluğumu qazandım. Bu, mənim arzum idi. Sanki hər şey mənim üçün yuxu kimi idi. Ümid edirəm ki, qarşıdakı mövsümlərdə daha çox qalib gələcəyik. Gələcək mövsüm də komandamla yola davam edəcəyəm”.
Pablo Qavi “Barselona”nın heyətində 93 oyunda 4 qol vurub və 12 məhsuldar ötürmə edib.
