Pərdis Fərcad-Azad rəsmən “Zirə”də
23.07.2018 , 16:31

Mövsümün sonunda “Keşlə”dən göndərilən Pərdis Fərcad-Azad karyerasını “Zirə”də davam etdirəcək
Millimizin sabiq üzvü hazırda Türkiyədə təlim-məşq toplanışında olan paytaxt təmsilçisinin düşərgəsindədir. 30 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb
Qeyd edək ki, “Zirə” yay fasiləsində Pərdisə qədər 4 futbolçu – müdafiəçi İlkin Qırtımov (“Neftçi”), dayaq yarımmüdafiəçisi Kamal Mirzəyev (“Sumqayıt”) və fransalı hücumammeyli yarımmüdafiəçilər Bilal Hamdi, Dilan Duventrunu (“Alki”, Kipr) transfer edib.
