Azərbaycan Premyer Liqasının 17-ci turunda “Qəbələ”yə 2-0 hesabı ilə məğlub olan AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra keçirilən mətbuat konfransını heç bir suala cavab verməyəcəyini deyərək tərk edib.
Korner.az-ın məlumatına görə, bu haqda qol.az saytı xəbər yayıb.
Baş məşqçi mətbuat konfransında bunları qeyd edib: “Özünüz hər şeyi gördünüz. Mənə ünvanlayacağınız sualları da bilirəm”.
Qeyd edək ki, oyunun 73-cü dəqiqəsində Rəşad Abdullayevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top “Qəbələ”nin hücumçusu Daniel Subotiçin əlinə dəysə də, baş hakim İnqilab Məmmədov penalti təyin etməyib.
