Futbol

“Özümüzü əsl alverçi millət kimi aparırıq” – Emin Mahmudov

10.09.2019 , 18:31

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində evdə Xorvatiya ilə heç-heçə etməsi (1:1) birmənalı qarşılanmayıb.

Millinin üzvü Emin Mahmudov yayılan söz-söhbətlərə elə “Facebook” səhifəsində münasibət bildirib:

“Üç ildi Azərbaycandayam və həmişə eşidirəm ki, ya oyunu alıblar, ya da satıblar. Özümüzü əsl alverçi millət kimi aparırıq. Amma kimdən soruşasan ki, sübut elə, mən də qəbul edim! Suala heç kim cavab vermir. Deyəcəklər ki, hansısa çayxanada eşitmişəm. Uşaqların əziyyətini yerə vurmaq lazım deyil. Özümdən danışmıram. Dünən mən heç nə etməmişəm. Amma uşaqlar çox əziyyət çəkdilər”.

Son yazılar

Yuxarı