“İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 17-ci turunda “Rəvan”a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, 2 məğlubiyyətdən sonra qələbə qazandıqlarını bildirib6
“Qazanılan 3 xala görə şadam. Özümüzdə güc tapıb qələbə əldə etdik. Çalışacağıq ki, qışa qədər olan son oyunda da yaxşı nəticə qazanıb, evə yaxşı əhval-ruhiyyədə gedək”.
