big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Özümüzə “badalaq” – kim və niyə? (YAZI)

15.12.2014 , 10:38

Avropa Liqasının qrup mərhələsinin son oyununda “Qarabağ”a edilmiş haqsızlıq günlərdir ölkənin idman mediasının gündəmini zəbt edib. Son saniyələrdə “İnter”in qapısına vurulmuş təmiz qolu saymayan Miroslav Zelinkanın rəhbərlik etdiyi hakimlər briqadası bir anda nəinki Azərbaycanda, dünyada “məşhurlaşdı”. Amma çex referilərin yanlış qərarı bu il qarşılaşdığımız yeganə hakim səhvi deyildi. Halbuki…

Bəs yerli komandalara simpatiya?

Nəinki daxili çempionatlarda, hətta qitə miqyaslı oyunlarda da hakimlərin yerli komandalara simpatiya bəsləməsi “yazılmamış qanundur”. Hərçənd klublarımızın builki Avropa mübarizəsinə nəzər salsaq, ən həlledici məqamlarda hər hansı simpatiyadan söhbət gedə bilməyəcəyini, əksinə, ədalət təmsilçilərinin təmsilıçilərimizin “belini qırdıqlarını” görərik. Yaddaşımızı təzələyək…

Gah qazon, gah da…

“Qəbələ”nin “Şiroki Briyeq”ə Qəbələdə 0:2 hesablı məğlubiyyəti ilə başladı uğursuzluğumuz. Doğrudur, Syominin gedişindən sonra 1 aya yaxın baş məşqçi axtarışına çıxan, nəhayət, Avroliqanın başlamasına bir neçə həftə qalmış bu posta Dorinel Muntyanunu gətirən “Qəbələ”nin uduzması məntiqəuyğun idi. Ancaq həm də eyni məntiqlə cüzi də olsa, hakim simpatiyası görülməli idi, deyilmi? 
“İnter”in Avropa ilə vidalaşdığı oyunu xatırlayın. Səfərdə “Elfsborq”a 1:0 hesabı ilə qalib gələn, 3-4 real qol şansını sağa-sola xərcləməklə rəqibindən bir baş üstün olduğunu göstərən “bankirlər”in “evini kim yıxdı”? Cavab oyununun bolqar hakimi Stanislav Todorov elə 3-cü dəqiqədəcə təmsilçimizin futbolçusu Laşa Salukvadzeyə heç nədən qırmızı vərəqə, qapımıza isə penalti təyin etməsindən sonra görüşün qalan 87 dəqiqəsinin asan keçməyəcəyini təxmin etmək çətin deyildi. Necə ki, belə də oldu. Doğrudur, Frikin penalti zərbəsi dəqiq olmadı, ancaq meydanda sayca azlıqda qalan “İnter” birinci hissənin son dəqiqələrində qapısından top buraxdı və bu hesab cütün taleyinin penaltilər seriyasında həll edilməsinə təkan verdi. Nəticədə “bankirlər” penaltilər seriyasında uduzub turnirlə vidalaşdılar.
“Neftçi”nin avrokuboklarla vidalaşdığı sonuncu ev oyunu öncəsi də maraqlı hadisə cərəyan etmişdi. Yəqin ki, xatırlayırsız, o ərəfədə Tofiq Bəhramov adına Respublika stadionunun qazonu futbol meydançasından çox, bataqlığı xatırladırdı. Komandanı “Çixura” ilə ilk oyunu keçirdiyi “Bakcell Arena”ya buraxmadılar, millininbolqarlarla oynayacağını əsas gətirərək. Beləcə səfərdə 2:3 hesabı ilə uduzsa da, ev oyunu üçün ümid saxlayan “ağ-qaralar” evdə də məğlub oldu – 1:2. Şübhəsiz, texnikalı oyun stilini mənimsəmiş komandanın bataqlığı xatırladan qazonda uduzması məntiqəuyğun idi. Və çox qəribədir, necə oldusa, “Neftçi”nin “evini yıxan” ot örtüyü o oyundan bir neçə gün sonra dəyişdirildi.  
“Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Zalsburq”la ev oyununu xatırlayın. Reynaldo 86-cı dəqiqədə qələbə topunu vurur və… İki dəqiqə keçməmiş ukraynalı referi Sergey Boyko absurd qırmızı vərəqə ilə “Qarabağ”ın əsas qol silahını meydandan uzaqlaşdırır. Nəticə: cavab oyununa “dişsiz” çıxan təmsilçimiz 0:2 hesabı ilə uduzmaqla Çempionlar Liqası ilə vidalaşır. Buraya “İnter”lə bugünlərdə keçirilmiş ev oyunundakı hakim səhvini də əlavə edək və keçək yekun nəticəyə…

“Fermanın yağı ilə yağlamaq…”

Hakimlərin ev sahibi komandalara simpatiyasından yuxarıda danışmışdıq. Qitə miqyaslı yarışlara təyin olunan referilərin meydan sahibi komandanın təmsil etdiyi ölkənin futbol federasiyasının nümayəndələri (adətən keçmiş hakimlər, hakim-inspektorlar) qarşılayır, yola salır. Və simpatiyanın olub-olmayacağı da məhz bu qarşılama və yolasalmadan asılı olur çox vaxt. “Böyük dayaq” filmində Maya obrazının dediyi kimi, “gərək boğazlarını fermanın yağı ilə yaxşıca yağlayasan”. Klublarda çalışan dostlarımızın təbirincə desək, bu, rüşvət deyil, qonaqpərvərliyin göstəricisidir və dünyanın əksər ölkəsində yaşadılan “ənənədir”. Məsələn, illər əvvəl bir klubumuzun avrokubok oyununa təyin olunmuş hakimə “qonaqpərvərliyimizi” o qədər göstərmişiksə, referi qələbə qazandırdığı oyundan sonra evinə qayıdarkən hava limanının gömrüyündə “ilişib” – hədiyyələr arasında əntiq əşyalar da var imiş… Ölkəmizə təyin olunan avropalı hakimləri qarşılayıb, yola salanlar əsasən Asim Xudiyevlə Murad Məmmədovdur. Xaqani Məmmədovla Əfqan Həmzəyevin də  avropalı həmkarlarının qayğısını çəkdikləri vaxtlar olur…
“Qəbələ”ni bir kənara qoysaq, digər 3 klubumuzun builki Avropa macərasını iki şey bitirdi: hakim səhvləri və stadion maneəsi. Və hər iki səbəb bizim özümüzdən qaynaqlanır. İndi icazə verin, şübhələnim. Bəlkə ovaxtkı millinin bir-birini sıralayan uğursuzluqları fonunda AFFA-dan kimlərsə klublarımızın uğur qazanmaması üçün çıxarır bu baryerləri? Axı klubun Avropadakı uğurunda həm də daxili çempionatda rəqabət səviyyəsinin az da olsa, artmasının payı var məntiqlə. Və bəlkə kimlərsə milliyə illərdir əsas namizəd göstərilən Qurban Qurbanovun reputasiyasının korlanması üçün edir bunları? Söhbət 6 il Foqtsu bu ölkəyə “paz” edənlərdən, hətta milli məsələlərdə də heç nəyə baxmadan badalaq vurmağa hazır olanlardan gedirsə…

Saleh Arslan

Son yazılar

To Top