“Özümü qəhrəman hesab etmirəm” – Mirabdulla Abbasov
11.08.2018 , 23:08

“Çox sevinirəm ki, çempionatda ilk qola mən imza atdım. Ən vacib olan qələbə qazanmaq idi. Qol vurmağımdan da bu daha önəmlidir. Hücumçu kimi üzərimə belə bir vəzifə düşür. Çox şadam ki, qolumla komandamın qələbəsində pay sahibi oldum”.
Bu sözləri “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının I turunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Çempionatda mövsümün ilk qolunu vuran forvard fərqlənməyin psixoloji cəhətdən faydalı olduğunu deyib: “Əlbəttə. Hücumçuya qol vurmaq psixoloji cəhətdən kömək edir. Bu da mənə yaxşı təsir etdi”.
Abbasov qələbəyə layiq olduqlarını bildirib: “Fikrimcə qələbəyə layiq idik. Hələ çempionat təzə başlayıb. İndidən nəsə söyləmək tezdir. Oyundan-oyuna daha yaxşı formada olacağıq”.
Mirabdulla qol vurmasına baxmayaraq, özünü oyunun ən yaxşısı adlandırmayıb: “Bunu bilmirəm, deyə bilmərəm. Hamının qələbədə payı var. Özümü qəhraman hesab etmirəm. Üzərimə düşən qol vurmaq idi və buna nail oldum”.
