“Nyu-York Niks” komandasının hücumçusu Kristaps Porzinqis son zamanlar göstərdiyi uğursuz çıxış haqda danışıb. Onun fikrincə, bütün bunlar yorğunluğa görədir.
Mövsümə yaxşı başlayan, lakin son oyunlardan sonra “pley-off” mövqeyindən düşən “Niks”in basketbolçusu vəziyyəti belə şərh edib:
“Yorulmuşam. Özümü çox yorğun hiss edirəm. Bərpa üçün olduqca az vaxtımız olub. Mənim bərpa üçün cəmi bir günüm var. Bu vaxt ərzində daha enerjili və istəkli şəkildə komandaya kömək etməliyəm”
