AZAL-ın yeni transferi Ruslan Tağızadənin Korner.az-a müsahibəsi
– Ruslan yeni klubunda ab-hava necədi? Uyğunlaşma problemin yoxdu?
Hal-hazırda Bakıdayıq. İki günlük istirahətdən sonra sabah yenidən məşqlərimizə başlayacağıq. AZAL-da hər şey yaxşıdı. Uyğunlaşma problemim də yoxdu.
– Türkiyə toplanışı AZAL-a Premyer Liqada nə verəcək?
Bu tip təlim-məşq toplantıları vacibdi. Komandaya bir çox legionerlər gəldi. Uyğunlaşma cəhətdən belə oyunlar əhəmiyyətlidi. Bir-birimizə uyğunlaşmağımız belə oyunlarda asılıdır.
– Vaqif Sadıqovun istəyi ilə AZAL-a transfer olundun. Əsas heyətdə yer alacağına inanırsan?
Bu mənim üçün şərəf oldu ki, Vaqif Sadıqov kimi mütəxəssis məni komandasında görmək istədi. Özümü əsas heyətdə görməsəydim təbii ki, bura gəlməzdim. Ancaq yenə də son söz baş məşqçinindi.
– Müqavilə ilə "Neftçi"yə məxsussan. Ancaq klubun səni komanda da, saxlamaq əvəzinə icarəyə verir…
Yəqin belə məsləhətimiş ki, AZAL-a transfer olundum. Belə bir klubda çıxış etmək hər bir futbolçu üçün qürurvericidi.
– "Neftçi"nin Çempionlar Liqasındakı çıxışını necə dəyərləndirərdin?
"Zestafoni" ilə Bakıdakı oyunu izlədim. Çox gözəl oyun nümayiş etdirdilər və onun qarşılığında da, böyükhesablı qaələbə qazandılar. Əgər "Neftçi" çıxışını belə davam etdirsə inanıram ki, İsrail klubunu da keçəcəklər.
– AZAL bu heyətlə Premyer Liqada hansı yerlər uğrunda vuruşacaq?
Ən pis hal da avrokuboklara vəsiqə qazanmaq və ölkəmizi burada layiqincə təmsil etmək istəyirik. Mən ilk çempionluğumu bu klubda yaşamaq istəyirəm və İnşAllah da buna nail olacağıq.
Səxavət QURBANOV
