Ozobiç milliləşdirilir?
10.11.2020 , 13:36

“Qarabağ”ın futbolçusu Filip Ozobiç 2021-ci ildən Azərbaycan millisinə cəlb oluna bilər.
Korner.az-ın məlumatına görə, bu barədə Xorvatiyanın “index.hr” saytı xəbər yayıb.
Portal 2016-cı ildən ölkəmizdə çıxış edən 29 yaşlı yarımmüdafiəçiyə Azərbaycan vətəndaşlığı verilə biləcəyini yazıb.
Qeyd edək ki, 2016-2018-ci illərdə “Qəbələ”də oynamış Filip Ozobiç artıq 3-cü mövsümdür “Qarabağ”ın formasını geyinir (“Report”).
