Ozobiç çempion oldu – futzal turnirində
27.12.2018 , 11:35

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç vətəni Xorvatiyada Dino Petrinoviçin xatirəsinə həsr olunmuş ənənəvi futzal turnirində iştirak edib.
4 komandalı yarışın qalibi məhz Ozobiçin yer aldığı kollektiv olub. Onlar yarımfinalda Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin rəhbərlik etdiyi “Tropik”i 7:2, finalda isə “Tennis”i 5:2 hesabı ilə məğlub edərək, çempion adını qazanıblar.
Qeyd edək ki, turnirdə Oqnyen Vukoyeviç, Milan Rapaiç, İvitsa Mornar, İvitsa Oliç, Niko Krançar, İvan Klasniç kimi məşhurlar iştirak ediblər.
