“Topçular”ın ulduz futbolçusu Məsut Özil “Çelsi”ylə oyundan sonra sabiq komandası “Real”da rəhbərliyi ilə oynadığı Joze Mourinyoya yaxınlaşıb və futbolkasını ona hədiyyə etmişdi.
Korner.az-ın məlumatına görə, qarşılaşmadan sonra “Twitter” hesabında – “Formamı Mourinyoya verdim, çünki o, dünyanın ən güclü baş məşqçisidi. Mourinyo mənə ata kimidi”, – yazan Məsutun bu sözləri “Arsenal” azarkeşlərini özündən çıxarıb.
Almaniya millisinin üzvünə etirazlarını bildirən fanatlar Mourinyo və Arsen Venger müqayisəsini də gündəmə gətiriblər.