“Real”dan 42.4 milyon funt-sterlinqə “Arsenal”a transfer olunan türk əsilli alman futbolçu Mesut Özil bu gün yeni komandasının heyətində “Sanderlend”ə qarşı matçda debüt edib.
Korner.az-ın məlumatına görə, Özilin yüksək səviyyədə keçirdiyi oyun “topçular”ın 3:1 hesablı qələbəsiylə bitib.
Sözügedən oyundan hazırlanmış və Məsutun diqqət mərkəzinə alındığı videonu diqqətinizə çatdırırıq.
