Özildən xeyirxah addım
25.12.2019 , 17:51

“Arsenal”ın futbolçusu Məsut Özil bütün dünyada ehtiyac içində olan uşaqların əməliyyat xərclərini öz üzərinə götürür.
Korner.az xəbər verir ki, futbolçu bununla bağlı “İnstaqram” hesabında paylaşım edib:
“Artıq 219 əməliyyat edilib, amma irəlidə daha çox şey var! Mən və həyat yoldaşım 2019-cu ilin iyununda – toyumuzdan əvvəl elan etdiyimi kimi bütün dünyada əməliyyata ehtiyacı olan 1000 uşağın xərcələrini üzərimizə götürəcəyik. Bu, hələ başlanğıcdır! Gəlin, qarşıdakı 2020-ci ilə baxaq və ehtiyac içində olan yüzlərlə digər uşaqlara birlikdə kömək edək”.
