Futbol

Özildən etiraf: “Ronaldo məni daha yaxşı futbolçu etdi”

08.11.2016 , 07:36

“Arsenal”ın futbolçusu Məsut Özil “Real”ın ulduzu Kriştiano Ronaldo haqda danışıb.

Korner.az-ın məlumatına görə, klubun saytına açıqlama verən almaniyalı yarımüdafiəçi sabiq komanda yoldaşı haqda xoş sözlər deyib:

“Onunla oynamaqdan zövq alırdım. O, həqiqtən yaxşı bir futbolçu və dostdur. Olduqca peşəkardır, mübarizdir. Hətta məşqlərdə də mübariz ruhda olur. Ronaldonun mənə də təsiri olub. O, məni daha yaxşı futbolçu etdi”.  

Son yazılar

Yuxarı