Almaniya millisinin və “Arsenal”ın yarımmüdafiəçisi Məsud Özil açıqlama verib.
Korner.az-ın məlumatına görə, 28 yaşlı futbolçu zədəsindən danışıb:
“Artıq özümü yaxşı hiss edirəm. Bakıda meydana çıxmağa hazıram. Problemim yoxdu”.
Özil millimizlə keçirəcəkləri oyun haqda da danışıb:
“Bizim bir məqsədimiz var: qalib gəlmək. Biz kifayət qədər keyfiyyətli komandayıq. Azərbaycan millisi 4 oyundan sonra 7 xal toplayıb və yaxşı şansları var. Rəqib son dünya çempionuna qarşı sona qədər mübarizə aparacaq. Azərbaycan bizə qarşı 200 faiz güc sərf edəcək”.
