Özil yenidən İspaniyada oynaya bilər
16.01.2019 , 14:38

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil yenidən La Liqada çıxış edə bilər.
“Atletiko” almaniyalı futbolçu ilə maraqlanır. London klubu tərəfindən transferə çıxarılan 30 yaşlı futbolçunun Madrid təmsilçisi ilə danışıq apardığı bildirilir. “Atletiko” Özil üçün “Arsenal”a 18 milyon funt-sterlinq (təqribən 20.2 milyon avro) təklif edib.
Qeyd edək ki, Məsut Özil 2010-2013-cü illərdə Madridin digər təmsilçisi “Real”da çıxış edib.
