“Arsenal”ın futbolçusu Məsut Özil İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə matçda 90 dəqiqə oynaya biləcək.
Korner.az-ın məlumatına görə, bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. O, alman yarımmüdafiəçinin sözügedən matça tam hazır olduğunu bildirib.
Qeyd edək ki, Özil zədə səbəbindən klubunun 2 oyununu buraxıb. Almaniya millisinin yarımmüdafiəçisi DÇ-2018-in seçmə mərhələsində yığmamıza qarşı matçda 20 dəqiqə oynayıb.
