“Real”dan ayrılmaq məcburiyyətində qalan və “Arsenal”a transfer olunan Məsut Özil “Kral klubu”nun prezidenti Florentino Peresi məhkəməyə verməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, buna səbəb Peresin türk əsilli oyunçu barədə “peşəkar deyildi, qadın düşkünüydü” sözlərini işlətməsidi.
“Real” başqanının bu sözlərini şərh edən Özil: “Peşəkar olmasam, “Real”da 159 oyun keçirməzdim” – deyib. Türk futbolçunun atası isə bu məsələni belə qoymayacağını və məhkəməyə müraciət edəcəyini söyləyib.
Məsut mətbuat konfransında ona ünvanlanan “Real” niyə sənin getməyinə sevinir?” sualına belə cavab verib: “Bu mövzuyla bağlı danışmışdım, o klubda hörmət və güvən ala bilmədim. Bu bir az çətin idi. Vengerlə telefonda danışanda isə hörmət gördüm. Bir oyunçu olaraq hörmət göstərilməsinə ehtiyacım var. Bunu burada hiss etdim və buna görə bu klubu seçdim. “Real”la bağlı danışmaq istəmirəm. İrəliyə baxmaq lazımdı”.
