Özil “Real”a, İsko “Arsenal”a
22.12.2018 , 16:17

“Arsenal”ın yarımmüdafiəçisi Mesut Özil karyerasını yenidən “Real”da davam etdirə bilər.
“Kral klubu” İsko ilə alman əsilli türk futbolçunu dəyişə bilər. İspaniyalı yarımmüdafiəçi ehtiyatda qaldığı, Özil isə komandanın baş məşqçisi Unai Emeri ilə münasibətləri yaxşı olmadığı üçün klublarından ayrılmaq istəyirlər. Belədə “Real” və “Arsenal”ın öz aralarında danışıb, futbolçuları dəyişə biləcəyi istisna olunmur.
Ancaq bunun üçün London klubu qarşı tərəfə müəyyən məbləğ ödəməli olacaq. Çünki ispanlar İskonu 100 milyon avrodan ucuz satmaq fikrində deyillər.
Qeyd edək ki, Özil bu mövsüm “Arsenal”ın heyətində 14 oyun keçirib. İsko isə “Real”da 18 matçda meydana çıxıb.
Xatırladaq ki, Özil 2010-2013-cü illərdə “Real”ın formasını geyinib.
