Özil “Qarabağ”la oyunda zədələnib
08.10.2018 , 11:31

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin İngiltərə Premyer Liqasının 8-ci turunun “Fulhem”lə oyununda iştirak etməməsinin səbəbi məlum olub. Komandanın baş məşqçisi Unai Emeri türk əsilli alman futbolçunun “Qarabağ”la Avropa Liqasının qrup mərhələsinin matçında (3:0) zədələndiyi üçün London derbisini buraxdığını bildirib:
“Şənbə günü o, məşqə gəldi, ancaq çiynində ağrılar hiss etdiyi üçün hazırlıq prosesində iştirak edə bilmədi. Ona görə də “Fulhem”lə matçda meydana çıxa bilmədi”.
Qeyd edək ki, “Fulhem” – “Arsenal” oyunu 5:1 hesabı ilə qonaqların xeyirinə başa çatıb.
