Özil karyerasını ABŞ-da davam etdirə bilər
10.11.2020 , 10:22

“Arsenal”ın ulduz futbolçusu Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, almaniyalı yarımmüdafiəçi “Los Anceles Qelaksi”nin maraq dairəsindədi.
Xarici mətbuat iddia edir ki, ABŞ klubu 32 yaşlı yarımmüdafiəçiyə təklif göndərib və cavab gözləyir.
