“Arsenal” yarımmüdafiəçisi Məsut Özilə yeni müqavilə təklif edib.
Korner.az-ın məlumatına görə, bu barədə “The Times” nəşri yazıb.
Türk əsilli alman futbolçu ikinci dəfə London təmsilçisinin təklifini rədd edib.
Daha öncə mövsümün əvvəlində “topçular”ın müqavilə yeniləmək təklifini qəbul etməyən Özil gələcək mövsümlə bağlı yekun qərarını Fransada keçiriləcək Avropa çempionatından sonra açıqlayacağını bildirib.
