Özil “Arsenal”dan ayrılır?
10.10.2019 , 17:01

“Arsenal”ın futbolçusu Mesut Özil karyerasını Türkiyədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, onunla “Fənərbağça” maraqlanır.
İstanbul klubu yarımmüdafiəçini icarəyə götürmək üçün “topçular”la danışığa başlayıb.
Bu mövsüm Premyer Liqada cəmi 1 oyunda iştirak edən futbolçu özü də ayrılmaqda qərarlıdır.
