Özil “Arsenal”dan ayrıla bilər
08.12.2018 , 16:46

“Qarabağ”ın Avoliqadakı rəqibi “Arsenal”ın futbolçusu Məsut Özil qışda London klubundan ayrıla bilər.
30 yaşlı yarımmüdafiəçinin baş məşqçi Unay Emeri ilə arasındakı problemlər səbəbindən klubunu dəyişdirmək istədiyi iddia olunur.
Qeyd edək ki, Özillə “İnter”in maraqlandığı bildirilir.
