Özbəkistanlı futbolçu La Liqa klubunda
05.01.2025 , 22:38
Özbəkistanlı futbolçu Lazizbek Mirzaev karyerasını İspaniyada davam etdirəcək.
Korner.az xəbər verir ki, “Leqanes” Daşkənd “Lokomotiv”inin hücumameyilli yarımmüdafiəçisini transfer edib.
La Liqa klubu 18 yaşlı futbolçu üçün Özbəkistan təmsilçisinə 100 min avro təzminat ödəyib.
Gənc oyunçu “Leqanes”in B komandasında çıxış edəcək. Onunla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.