2014-cü il dünya çempianatının seçmə mərhələsi çərçivəsində oyunlar keçirilib.
Korner.az-ın məlumatına görə, Özbəkistan millisi mübarizəni pley-off mərhələsində dayandırıb. Rəqib digər Asiya təmsilçisi İordaniya olub. İlk oyunda 1-1 bərabərlik olduğundan, Özbəkistan millisi favorit hesab edilirdi. Özbəkistanın “Paxtaxor” stadionunda keçirilən qarşılaşmada 5-ci dəqiqədə özbəklərin heyətində Anzur İsmailov fərqlənib. 42-ci dəqiqədə isə İordaniyanın heyətində Said Murca fərqlənərək hesabı bərabərləşdirib.
2-ci hissədədə qol olmadığından oyun sonrası penalti zərbələrində 9-8 üstünlük əldə edən İordaniya millisi Dünya Çempianatına vəsiqə qazanıb.
Qeyd edək ki, Özbəkistan millisinin futbolçusu Bahodir Nasimov “Neftçi”nin şərəfini qoruyur.
