Özbək müdafiəçi “Mançester Siti”də zirvədə
07.02.2026 , 10:00
“Mançester Siti”nin müdafiəçisi Abduqodir Xusanov yanvar ayının ən yaxşı futbolçusu seçilib.
Korner.az xəbər verir ki, klub bu barədə sosial media hesablarında paylaşım edib.
İngiltərə təmsilçisi açıqlamasında 21 yaşlı futbolçunu “döyüşkən müdafiəçimiz” adlandırıb.
Qeyd edək ki, ötən ay Xusanov bütün turnirlərdə 8 oyunda forma geyinib. Bu qarşılaşmaların 3-də “şəhərlilər” rəqiblərinə qol imkanı verməyib.