Hollandiya Liqasında mübarizə apran “Feyenord”un gənç futbolçusu Ozancan Kökçü ilə İngiltərə, Almaniya və Hollandiya klubları maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda futbolçunun meneceri Muzzi Özcan danışıb:
“İngiltərə, Almaniya, Hollandiyadan ciddi təkliflər gəlir. “Tottenhem”, “Everton” və bir neçə alman klubu Ozanca ilə danışıb. Bunların içində ən ciddi olanı “Tottenhem”dir. Üzümüzə gələn həftələrdə gələcəyini müəyyən edəcək”.
Xatırladaq ki, Kökçü keçən mövsüm Hollandiya Liqasında mübarizə aparan “Qroningen”dən “Feyenord”a transfer olunmuşdu. 18 yaşlı futbolçu Hollandiya U-19 Liqasında “Feyenord”un heyətində 12 oyuna 2 qol vurub.
