Ozan Tufan “Hall Siti”də
02.07.2022 , 14:10

Türkiyə millisinin üzvü Ozan Tufanın “Hall Siti”yə keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, O.Tufan müqavilə ilə “Fənərbağça”ya məxsus idi.
