Ozan Canın komandasından qələbə
19.11.2022 , 13:28
Niderland Birinci divizionunda 16-cı turun görüşləri keçirilir.
Korner.az xəbər verir ki, milli komandamızın üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” “Telstar”ı qəbul edib.
Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Ozan Can milli komandamızın düşərgəsində olduğu üçün bu oyunda komandasına kömək edə bilməyib.
Qeyd edək ki, xallarını 29-a yüksəldən “Eyndhoven” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
