Ozan Canın komandasından qələbə
26.08.2024 , 10:57

Finlandiya çempionatında 21-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcünün çıxış etdiyi HJK evdə “İnter Turku” ilə qarşılaşıb.
Matç Ozanın komandasının 1:0 hesablı qələbəsi ilə bitib.
Can da bu görüşün iştirakçısı olub. 26 yaşlı oyunçu matça start heyətində başlayıb və 60-cı dəqiqədə əvəzlənib.
