Ozan Canın komandası evdə qələbəyə sevindi
08.04.2023 , 13:28

Niderland birinci divizionunda 32-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” evdə lider “Zvolle” ilə qarşılaşıb.
Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 4:2.
Ozan da bu görüşün iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb.
“Eyndhoven” hazırda 50 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
