Ozan Can “Sabah”da
23.08.2019 , 17:56

“Sabah” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, klub 21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçü ilə 2 illik müqavilə bağlayıb.
Futbolçu peşəkar karyerası ərzində Hollandiyanın “Valveyk”, Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında çıxış edib.
Ozan Azərbaycanın U-21 millisində də oynayıb.
