Ozan Can oynadı, komandası uduzdu
11.02.2023 , 15:41

Azərbaycanlı futbolçu Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland II liqasında XXIII tur oyununa çıxıb.
Korner.az xəbər verir ki, sözügedən komanda evdə “Almere Siti” ilə qarşılaşıb. Görüş “Eyndhoven”in məğlubiyyəti ilə başa çatıb – 0:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
Ardıcıl 3 turdur uduzan “Eyndhoven” 24 turdan sonra 39 xalla 5-ci sıradadır.
