“İnter”in sabiq futbolçusu Sezar Meza Kolli karyerasını “Keşlə” komandasında davam etdirəcək. Son olaraq “Zirə”də oynayan futbolçunun yaxın günlərdə “Keşlə” ilə müqavilə imzalayacağı gözlənilir.
Futbolçu “Keşlə”nin Antalyada olan təlim-məşq toplanışına qoşulub. Bu gün qəsəbə təmsilçisinin olduğu “Adalya Elite Lara” otelinə gələn paraqvaylı oyunçu ilə müqavilə imzalanacağı gözlənilir.
Hazırda azad agent olan Meza Kolli 3 il (2013-2016) Bakı “İnter”inin şərəfini qoruyub
