“Oyununu görəndə özüm də tanıya bilmədim” – Elşad Əhmədov
21.10.2018 , 20:15

“Sumqayıt”la oyunun gərgin keçəcəyini bilirdik. Onlar azlıqda qalsalar da, ikinci hissədə bizdən üstün idilər”.
Bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 8-ci turunda səfərdə “Sumqayıt”a 1-0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Təcrübəli çalışdırıcı qələbəni şərh edib: “Futbolçularım əsl xarakter, mübariz oyun nümayiş etdirdilər. Rəqibizim də yaxşı komandadır. Nazim Süleymanov yaxşı kollektiv yaradıb. Əlbəttə, “Sumqayıt” azlıqda qalmasaydı, daha maraqlı oyun görə bilərik”.
Əhmədov performansında eniş olan Bəxtiyar Soltanov barədə bunları deyib: “Ötən mövsüm I Divizionda “Xəzər”in lideri idi. Ancaq aşağı liqa ilə elitada böyük fərq var. Bəxtiyarı tanıya bilmədimi ki, o, necə oldu ki, 2-3 epizodda Yusif Nəbiyevdən sıyrıla bilmədi. Baxmayaraq ki, o, sürətli oyunçudur”.
