Oyunun ən yaxşısı seçildi
16.02.2022 , 19:46

UEFA ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən “Sportinq” – “Mançester Siti” görüşünün ən yaxşı oyunçusunu açıqlayıb.
Korner.az xəbər verir ki, bu “şəhərlilər”in futbolçusu Bernardo Silvadır.
25 yaşlı yarımmüdafiəçi sözügedən qarşılaşmada dubl edib. O, 17 və 44-cü dəqiqələrdə fərqlənib.
