“Oyunu boksla müqayisə etsək, bizdə bir neçə xal çox oldu” – Bordin”
01.11.2019 , 22:54

Azərbaycan Premyer Liqasında X turun “Neftçi” – “Qarabağ” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, baş məşqçi qarşılaşma ilə bağlı bunları deyib:
– Gözəl oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Əgər bu matçı boksla müqayisə etsək, bizdə bir neçə xal daha çox oldu. Çoxlu qol epizodları yaratdıq. Hətta qol da vurduq, ancaq sayılmadı. Futbolçuları bu oyuna görə təbrik edirəm.
