Oyunöncəsi Musleraya xəbərdarlıq
28.04.2023 , 13:39
“Qalatasaray” derbi üçün hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, komandanın baş məşqçisi Okan Buruk oyunöncəsi Fernando Musleraya xəbərdarlıq edib.
O, uruqvaylı qolkiperə matçda riskə getməməyi, diqqətli olmağı və səhvə yol verməməyi tapşırıb.
“Beşiktaş” – “Qalatasaray” oyunu aprelin 30-da bat tutacaq. Oyuna saat 19:00-da start veriləcək.