İspaniya La Liqasında çıxış edən “Barselona” klubunun ulduz futbolçu Neymar çempionluq haqqında fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçu öz açıqlamasında qeyd edib: ” La Liqa çətin liqadır. Biz oyunlarda qalib gələrək liderlə xal fərqini aradan qaldırmalıyıq”.
Xatırladaq ki, 15 turdan sonra ” Barselona” 31 xalla liqada ikinci sıradadır və lider “Real” Madridlə aralarında 6 xal fərq var.
