"Hansı stadionda projektor varsa, həmin yerdə oyunlar axşam saatlarında başlayacaq. Lakin qış fəslində işıqlandırma sistemi olmayan stadionlarda oyunlar gündüz saatlarında start götürəcək".
Korner.az-ın məlumatına görə, bu sözləri PFL-nın prezidenti Ramin Musayev deyib. Klubların oyunlarına uyğun olması lazım olduğunu bildirən Musayev, sozlərinə bu cür davam edib:
"Televizya kanalları bizim razılığımız olmadan oyunların başlama saatını müəyyən edə bilməz. Projektor olan stadionlarda oyunlar nisbətən gec saatlarda başlamalıdır. Bu azarkeşlərin oyuna marağının artması üçündür".
