“Oyundan sonra onunla danışdıq” – Füzuli Məmmədov
11.09.2020 , 21:37

Premyer Liqanın II turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunundan (0:2) sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.
Korner.az xəbər verir ki, o öncə oyunla bağlı fikirlərini bildirdi:
Hər kəsi salamlayıram. Komanda bu gün çox zəif oynadı. Rəqib daha istəkli idi. Heç belə zəif oyun gözləmirdim.
– Komandada hər şey qaydasındadı? Krivotsyuk çox səhvlər edir. Problemi yoxdur ki?
– Mən düşünmürm ki, şəxsi problemi olsun. Sadəcə çox səhvlər edir. Bununla rqzıyam.
– “Qalatasaray”la oyunun stadionu hansı səbəbdən dəyişdirildi?
– Burdakı ot örtüyü ilə əlaqədardı. Bir də bəzi şeylər oldu ki məcbur orda oynadıq.
– Mboc əvəzıənəndə sizə etiraz etdi. Hansısa cərimə gözlənilir?
– Biz oyundan sonra onunla danışdıq. Səhvlərini başa düşdü. Hansısa cərimə eləməyə ehtiyac yoxdu.
Mina Musayeva
