Oyundan sonra azarkeş bıçaqlandı
31.01.2023 , 22:07

Azərbaycan Premyer Liqasının XX turunda baş tutan “Səbail” – “Kəpəz” oyununda iki komandanın fanatları arasında mübahisə yaşanıb.
Korner.az-ın məlumatına görə, azarkeşlər görüşdən sonra məsələyə aydınlıq gətirmək üçün matçın keçirildiyi “ASCO Arena”nın yaxınlığında toplaşıb.
Bu zaman “Səbail”in tərəfdarlarından biri bıçaqla “Kəpəz” fanatına xəsarət yetirib.
Xəsarət alan azarkeş xəstəxanaya aparılıb və həyati təhlükəsi yoxdur.
“Səbail” – “Kəpəz” oyunu meydan sahiblərinin qələbəsiylə başa çatıb – 1:0.
