“Oyundan razıyam, hesabdan yox” – Aftandil Hacıyev
08.03.2020 , 20:19

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 20-ci turunda evdə “Zirə”yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında oyunla bağlı fikirləriini bildirib.
Korner.az xəbər verir, ki 38 yaşlı mütəxəssis məğlubiyyəti belə şərh edib:
“Hər iki komanda oyuna ciddi hazırlaşmışdı. Matçı iki hissəyə bölərdim. İlk yarıda təşəbbüsə sahib olduq. Fasilədən sonra rəqib üstünlüyə yiyələndi. Oyundan razıyam, hesabdan yox. Elçin Rəhimli ilk hissədə yaxşı oynadı. Onu gec əvəzlədiyimi düşünmürəm. Rəqib praktiki olaraq bütün qol şanslarından istifadə etdi. Hər oyunu yüksək səviyyədə keçirmək mümkün deyil. Fasiləyədək epizodlarımızı gerçəkləşdirə bilsəydik, ikinci 45 dəqiqə fərqli bir istiqamətdə keçərdi”.
