Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” “İnter”ə qonaq olub.
Korner.az-ın məlumatına görə, oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra Qurban Qurbanov bunları deyib:
“Baxmayaraq ki, 4:0 hesabı ilə qalib gəldik komandamn oyunundan razı qalmadım. Bəzi top itkilərini aradan qaldırsaq, pis deyildi. İsti havada belə oyun belə nəticəyə görə futbolçularımı təbrik edirəm. Biz “İnter”dən üstün oynadıq. Ancaq daha keyfiyyətli oynamalıydıq”
