Oyunçular Tuxelin getməsini istəmir
15.05.2024 , 23:45

“Bavariya” baş məşqçi ilə baölı qərar verib.
Korner.az xəbər verir ki, Almaniya nəhəngi Tomas Tuxellə davam etmək fikrindədir.
Buna səbəb Münhen təmsilçisinin baş məşqçi təklifinə namizədlər tərəfindən imtina edilməsi olub.
Bundan başqa Manuel Noyer, Tomas Müller, Harri Keyn və Camal Musiala kimi oyunçular da Tuxelin komandada qalmasını istəyir.
