"Qələbə qazandığımıza görə çox şadam. Oyuna nəzarət bizdə idi".
Korner.az-ın məlumatına görə, bu sözləri 21 yaşlı futbolçulardan ibarət Norveç millisinin baş məşqçisi Per-Yoar Hansen deyib.
Millimizə 1:0 hesabı ilə qalib gələn Hansen bu görüşdə ədalətli qələbə qazandıqlarını bildirib: "Ədalətli qələbə qazandıq. Futbolçularım hər oyunda belə oynamırlar. Get-gedə daha yaxşı oynayacağımıza ümid edirəm".
