Almaniya millisi Avro-2016-nın seçmə mərhələsində Polşa ilə keçiriləcək oyuna itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Yulian Draksler bu mühüm qarşılaşmanı buraxmalı olacaq. Almaniya mətbuatı futbolçunun özünü yaxşı hiss etmədiyi və qrip virusuna yoluxduğunu yazıb.
Qeyd edək ki, Almaniya oktyabrın 11-də Polşa ilə qarşılaşacaq.
