Futbol

“Oyuna çox ciddi hazırlaşmışıq” – Qurban Qurbanov

24.11.2021 , 12:12

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turu çərçivəsində sabah “Qarabağ” öz meydanında Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

Korner.az-ın məlumatına görə, görüşdən öncə keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

-.Qrupda son ev matçına çıxacağıq. Komandanın hazırlığı və futbolçularımın istəyi yaxşı səviyyədədi. Oyuna çox ciddi hazırlaşmışıq. Rəqib haqqında da xoş söz demək istəyərdim. “Omoniya” oyun stilində dəyişikliklər ediblər. Buna görə də bizim daha çox diqqətli olmağımız lazımdı. Sabah meydanda çox diqqətli və istəkli olmalıyıq.

– Qrupda ən ağır oyun “Bazel”lə səfər matçı kimi görünür. Ancaq sizin üçün bu oyunu daha ağır adlandırmaq olarmı?

Bu oyun elə bir oyundu ki, sabah qazanılacaq nəticədən asılı olmayaraq İsveçrədəki matç da vacib ola bilər. Mənim üçün hər oyun vacibdi. “Bazel”lə oyun mənim üçün daha vacibdi. Ümumi götürdükdə isə bizim üçün hər oyun daha vacibdi.

– Sabahkı matçda komandanın oyununda hansısa dəyişiklik gözlənilirmi?

Deməzdim. Onsuz da biz oyunumuzda cüzi dəyişiklik edirik. Böyük bir dəyişiklik gözlənilmir.

– “Omoniya”nın Konfrans Liqasında iddiası qalmayıb. Kipr mətbuatının yazdığına görə, bu matçda komanda bəzi futbolçulara istirahət verəcək. Bunə münasibətiniz?

Biz onların hər oyununu izləyib, analiz eləmişik. Həyətlərində kifayət qədər legioner futbolçu var. Kipr komandaları çox istəkli, xarakterli olurlar. Düşünmürəm ki, onlar da çox ciddi dəyişiklik olsun.

 

Son yazılar

Yuxarı